Milli komanda üçün Lui van Qal planı
Niderlandlı mütəxəssis Lui van Qal məşqçi karyerasını bərpa edə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis Çili millisini çalışdıra bilər. Məlumata görə, millinin hazırkı baş məşqçisi Reynaldo Ruda yaxın zamanda yığmadan ayrılmağı planlaşdırır. Yerli futbol federasiyası boş qalacaq baş məşqçi postuna van Qalı təyin etməyi düşünür.
Van Qal 2019-cu ildə məşqçi fəaliyyətini yekunlaşdırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin