
Van Qal FİFA-nı tənqid etdi
Futbol üzrə Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin Qətərdə keçirilməsini tənqid edib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, bunun FİFA tərəfindən verilən yanlış qərar olduğunu deyib:
“Hamı bilir ki, mən bunun gülünc olduğunu düşünürəm. FİFA-nın dediyi kimi, orada futbolu yaxşılaşdırmaq üçün oynamağımız gülməlidir. Bu, cəfəngiyyatdır.
Bu ölkədə necə turnir təşkil edirsiz? Amma fərq etməz. Söhbət puldan, maliyyə maraqlarından gedir. Bu, FİFA-nın əsas motividir”.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Niderland yığması turnirə vəsiqə qazanıb. Lui van Qalın komandası seçmə mərhələdə G qrupunda birinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin