“Van Qal bunu qəsdən edib” – Messi
“İnter Mayami”nin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/4 finalı öncəsi Niderland millisinin baş məşqçisi Lui van Qalın sözlərinə necə reaksiya verdiyini deyib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, insanların rəqibə hörmət etməməsinin onu narahat etdiyini bildirib:
“İnsanların meydandan kənarda belə danışması və rəqibinə hörmət etməməsi məni narahat edir. Mən heç vaxt belə olmamışam. Meydanda milyonlarla şey ola bilər və o, meydanda qalır. Ancaq oyundan əvvəl vəziyyəti qızışdırmaq, hörmətsizlik… Mən bunu heç vaxt etməmişəm və mənə bunu edəndən də xoşum gəlmir. Düşünürəm ki, Lui van Qal bunu qəsdən edib. Bunlar mənim xoşuma gəlməyən şeylərdir”.
Oyun zamanı 36 yaşlı forvard hesabı 2:0-a çatdırdıqdan sonra Van Qalla üz-üzə gələrək, açıq ovuclarını qulağına qoyub. Matç Argentinanın (2:2, penaltilər – 4:3) qələbəsi ilə başa çatıb.
DÇ-2022-nin yarımfinalında argentinalılar Xorvatiyaya (3:0), finalda isə Fransaya (3:3, penaltilər – 4:2) qalib gəlib.
Bizi Facebook-da izləyin