
Van Persiyə görə dünyanın ən yaxşı 3 hücumçusu
Niderland millisinin sabiq hücumçusu Robin van Persi dünyanın ən yaxşı futbolçularının kimlər olduğunu açıqlayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, keçmiş futbolçu üç hücumçunun adını çəkib:
“Hazırda ən yaxşı üç oyunçu? Kilian Mbappe, Lionel Messi və Erlinq Haland”.
Van Persi 2019-cu ildə karyerasını bitirib. O, “Feyenoord”, “Fənərbaxça”, “Mançester Yunayted” və “Arsenal”da çıxış edib. Bundan başqa, sabiq forvard Niderland millisinin heyətində 102 matçda 50 qol vurub.
2023-cü ilin “qızıl top” mükafatı mərasimi oktyabrın 30-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin