Van Dayk “Mançester Siti”nin futbolçusunu niyə seçib?
“Liverpul”un müdafiəçisi Vircil Van Dayk İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu sorğusunda səs verdiyi futbolçunun adını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, holland müdafiəçi, mövsümün ən yaxşısı adına çempionluq yarışındakı əsas rəqibləri olan “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin layiq olduğunu deyib:
“Səsimi Sterlinqə vermişəm. Çünki o, buna layiqdir. Fantastik bir mövsüm keçirir. Məncə, ən yaxşısı odur. Qalib olub-olmayacağını sonda görəcəyik.”
Sterlinq bu mövsüm Premyer Liqada iştirak etdiyi 28 oyunda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
Premyer Liqada 33 turdan sonra “Liverpul” 82 xalla liderdir. “Mançester Siti” isə 80 xalla 2-cidir. “Şəhərlilər”in ehtiyatda bir oyunu var.
Bizi Facebook-da izləyin