Van der Sar xəstəxanaya yerləşdirildi

Niderland millisinin və “Ayaks”ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bu barədə “Ayaks”ın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, veteran qolkiperin beyninə qan sızıb. Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın “Yuventus”, İngiltərənin “Fulhem” və “Mançester Yunayted” klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button