Van der Sar reanimasiyadan çıxarıldı

Bir neçə gün əvvəl beyninə qan sızması səbəbindən reanimasiyaya yerləşdirilən Edvin van der Sar ümumi palataya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bununla bağlı məlumatı keçmiş qapıçı öz “Tvitter” səhifəsində paylaşıb.

“İlk növbədə, gözəl mesajlara, dəstək sözlərinə görə hər kəsə təşəkkür etmək istəyirik. Artıq reanimasiyada olmadığımı elan etməkdən məmnunam. Bununla belə, mən hələ də xəstəxanadayam. Ümid edirəm ki, gələn həftə evə qayıdacağam və sağalmağımda növbəti addımı atacam” – deyə o qeyd edib.

Xatırladaq ki, Niderland millisinin və “Mançester Yunayted”in sabiq qapıçısı may ayının sonunda “Ayaks”ın baş direktoru vəzifəsini tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button