
Həm müdafiəçidir, həm də bombardir
“Tottenhem”in baş məşqçisi Tomas Frank komandanın müdafiəçisi Mikki van de Venin yüksək məhsuldarlığı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, niderlandlı futbolçunun bu mövsümdəki çıxışından razı qaldığını bildirib:
“Mikki van de Ven bütün turnirlərdə ən yaxşı bombardirimizdir. Qoy bu tempdə davam etsin! Oyundan sonra mənə əsəbiləşirsə, mənim yanımdan ötüb keçməyə davam edə bilər (gülür)”.
24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 15 oyunda meydana çıxıb və 6 qol vurub.
“Tottenhem” növbəti oyununu noyabrın 8-də, İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



