Kapitan “gəmi”dən ayrılmaq istəmir

“Liverpul”un müdafiəçisi Vircil van Dayk klub rəhbərliyinə gələcək planları barədə məlumat verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu mersisaydlılarla yeni müqavilə imzalamaq istəyir.

Van Daykın hazırkı müqaviləsi bir ildən sonra başa çatır. “Liverpul” rəhbərliyinin 33 yaşlı müdafiəçini satmağı düşündüyü, lakin futbolçunun özünün “qırmızılar”da qalıb, yeni baş məşqçi Arne Slotun rəhbərliyi altında oynamaq istədiyi bildirilirdi.

Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir və bu müddət ərzində klubla mümkün olan bütün kubokları qazanmağı bacarıb. O, Mersisayd klubunun kapitanıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button