Onu inandırıb ki, “Liverpul”a keçməlidir
“Liverpul”un futbolçusu Vircil van Dayk niderlandlı hücumçu Kodi Qakponun PSV-dən İngiltərə klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisinin Premyer Liqa təmsilçisinə transferində rol oynadığını dilə gətirib:
“Onun “Liverpul”a keçməsində mənim də rolum var. Bəli, onunla danışdım. Burada hər şeyin nə qədər yaxşı olduğunu söylədim. Əslində, onu mən inandırdım.
Qakponun “Liverpul” haqda verdiyi sualları səmimi cavablandırdım. Bizimlə birlikdə olduğu üçün çox şadam. Ümid edirəm ki, tezliklə aramıza qatılacaq”.
Qakpo bu mövsüm Niderland çempionatında 14 oyun keçirib, 9 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin