Van Dayk: “Müqavilə ilə bağlı sakitəm”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk klubu ilə gələn il başa çatacaq müqaviləsi haqda danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu yüksək səviyyədə oynamağa hazırlaşdığını bildirib:

“Hazırda yalnız uğurlu mövsüm keçirmək istəyirəm. Yüksək səviyyədə oynamağa hazırlaşıram. Komandanın vacib üzvü olmaq istəyirəm. Gələn il nə olacağını görəcəyik. Müqavilə ilə bağlı sakitəm. Ümid edirəm ki, bu, bizim üçün uğurlu olacaq”.

33 yaşlı futbolçunun ingilislərlə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Van Dayk 2018-ci ildən “Liverpul”un rənglərini qoruyur. Bundan əvvəl o, “Sauthempton” və “Seltik”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button