“Komanda yeni baş məşqçinin üslubuna alışır” – “Liverpul”un futbolçusu

“Liverpul”un müdafiəçisi Vircil Van Dayk komandasının 2024/25 mövsümünün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu başlanğıcın olduqca yaxşı olduğunu bildirib:

“Başlanğıc olduqca yaxşı idi, lakin hələ də görüləsi işlərimiz var. Hələlik nəticədən razı qala bilərik. Qarşıda uzun mövsüm, çoxlu matçlar var. Komanda yeni baş məşqçinin üslubuna alışır. Biz çox çalışmaqda davam edəcəyik və cəmləşəcəyik”.

Mersisaydlılar 7 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. “Qırmızılar” növbəti matçını “Çelsi”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button