Van Dayk “Liverpul”la danışıqlar haqda: “Heç bir xəbər yoxdur”
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk yeni müqaviləyə görə klub rəhbərliyi ilə aparılan danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu hələ heç bir xəbərin olmadığını bildirib:
“Hələ heç bir xəbər, yeni heç nə yoxdur”.
Van Daykla “Liverpul” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq. O, yanvarda digər klublarla danışıqlara başlaya bilər.
32 yaşlı futbolçu 2018-ci ildən İngiltərə komandasında çıxış edir. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin