
“Liverpul” daha bir futbolçu ilə yeni müqavilə imzalayacaq
“Liverpul”un müdafiəçisi Vircil van Dayk klubu ilə 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.
33 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 31 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2018-ci ildən “Liverpul”da çıxış edir.
Bu gün “Liverpul” 32 yaşlı hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzatdığını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin