“Müzakirələr artıq başlayıb” – “Liverpul”un kapitanı
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil Van Dayk gələcəyini şərh edib.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubla müzakirələrin davam etdiyini bildirib:
“Müzakirələr davam edir, hələ ki, bilmirəm. Gəlin görək, gələcəkdə nə olacaq. İndi bütün diqqətimi “Liverpul”a yönəltmişəm, oyunlarda qalib gəlmək istəyirəm. Gələcək nə gətirəcək, hələ bilmirəm. Təkcə onu deyə bilərəm ki, müzakirələr artıq başlayıb, nə olacaq, görəcəyik”.
Van Daykın Mersisayd klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
33 yaşlı müdafiəçi “Liverpul”a 2018-ci ilin yanvarında “Sauthempton”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin