Van Dayk “Real”a mümkün keçid haqda: “Deməyə sözüm yoxdur”
“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Dayk UEFA Çempionlar Liqasının 5-ci turunda “Real”a qalib gəldikləri oyundan (2:0) sonra Madrid klubuna mümkün keçidi haqda danışıb.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu deməyə sözünün olmadığını bildirib:
“Deməyə sözüm yoxdur. Bütün diqqətimi növbəti matça (“Mançester Siti” ilə oyuna) yönəltmişəm.
“Real”ın mərkəz müdafiəçilərinə ehtiyacı olduğunu bilirəm. Eder Militao və David Alaba zədələnib. Ancaq Antonio Rüdiger sağlamdır. Dediyim kimi, hazırda bütün diqqətimi yalnız qarşıdakı oyuna yönəltmişəm”.
33 yaşlı müdafiəçi 2018-ci ildən “Liverpul”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin