Van Dayk “Çelsi”yə keçə bilərmiş

Vircil van Dayk “Liverpul”la müqaviləsinin müddətini uzatmasa, “Çelsi”yə keçə bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi yayda niderlandlı müdafiəçini azad agent kimi almaq istəyirmiş.

“Çelsi” Van Daykın “qırmızılar”la müqaviləsini yeniləməyəcəyinə ümid edib. Ancaq bu yaxınlarda o, klubu ilə yeni sözləşmə imzalayıb.

33 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button