“Van Dayk hələ əla müdafiəçi deyil”

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri “Liverpul”un müdafiəçisi Vircil van Dayk haqda fikirlərini bölüşüb.

Komanda.az “Sport Bible”-yə istinadən xəbər verir ki, Terri, van Daykın hələ əla müdafiəçi olmadığını deyib:

“Mən həmişə deyirəm ki, ən yaxşı olmaq üçün davamlılıq əsasdır. Van Dayk son üç-dörd ildə yüksək səviyyədə oynasa da, hələ əla müdafiəçi deyil. Ən yaxşı olmaq üçün 10-15 il ərzində yaxşı çıxış etməlisən”.

Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Niderlandlı müdafiəçi “Liverpul”un heyətində 181 oyun keçirib, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button