Van Bommelə Robben və Riberini xatırladan futbolçu

“Milan”ın və Niderland millisinin sabiq yarımmüdafiəçisi Mark van Bommel keçmiş komandasının portuqaliyalı hücumçusu Rafael Leao haqda danışıb.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu, Leaonun istedadlı oyunçu olduğunu bildirib:

“O, istedadlı oyunçudur. Sürətlidir, fiziki cəhətdən güclüdür. Düşünmürəm ki, onun özü də nə qədər güclü olduğunu tam dərk etmir. İlk növbədə, o, ardıcıllıq tapmalıdır. O, bunu özünə çağırış kimi görür. Sonra isə baş məşqçinin dediyi kimi, müdafiəyə qayıtmalıdır. Leao mənə kimi xatırladır bilirsiz? “Bayern”də birlikdə oynadığım Aryen Robben və Frank Riberini. Əvvəlcə müdafiəyə o qədər də qarışmırdılar, amma kömək etməyə başlayanda bu komanda yenilməz olurdu. Onlar rəqabətli aqressivliyi öz keyfiyyətləri ilə birləşdirirdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button