Van Basten Ten Haqın transfer siyasətini “axmaqlıq” adlandırdı
Niderland millisinin keçmiş hücumçusu Marko van Basten “Mançester Yunayted”in futbolçularını tənqid edib, klubun bu yay transfer əməliyyatlarını yaxşı şəkildə aparmadığına işarə vurub.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu, Erik ten Haqın kifayət qədər yaxşı olmayan oyunçulara bu qədər pul xərcləməsinin axmaqlıq olduğunu bildirib:
“Mən bu yeni oğlan Manuel Uqarteni son matçda gördüm. Onun üçün 50 milyon avro ödəyiblər və o, meydanda gəzir! Bu necə mümkündür? Ten Haqın kifayət qədər yaxşı olmayan oyunçulara bu qədər pul xərcləməsi axmaqlıqdır”.
Manuel Uqarte bu yay PSJ-dən “Mançester Yunayted”ə keçib.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümünün 6 turundan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin