“İbrahimoviç məndən topla nə edə biləcəyimi göstərməyimi istədi”

Niderland millisinin sabiq hücumçusu Marko van Basten Zlatan İbrahimoviçlə necə tanış olmasından danışıb.

Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçunun sözlərinə görə, bu, 21-ci əsrin əvvəllərində, İbrahimoviçin “Ayaks”ın heyətində ilk uğurlarını qazanan zaman olub:

“Mən uşaq komandasında məşqçi işləyirdim, o isə gənc idi, orada təzəcə meydana çıxdı. Və artıq indi əsas komandada oynayırdı. O, məndən topla nə edə biləcəyimi göstərməyimi istədi. Amma düzünü desəm, topuq biləyim artıq elə bir vəziyyətdə idi ki, nə qaça, nə də təpik vura bildim”.

İbrahimoviç 2001-2004-cü illərdə “Ayaks”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button