“Valyadolid”in sabiq futbolçusu “Turan Tovuz”da – Rəsmi

“Turan Tovuz” son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə 2 illik müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın (Braziliya) heyətində 185 oyuna çıxan braziliyalı futbolçu üç mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandasının üzvü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button