“Valyadolid”dən Türkiyə klubuna
“Kasımpaşa” heyətinə yeni futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Valyadolid” klubunun yarımmüdafiəçisi Mikael Malsanı icarəyə götürüb.
27 yaşlı futbolçu bu mövsümün sonunadək Türkiyədə forma geyinəcək.
“Soşo”nun yetirməsi olan Malsa Belçikanın “Antverpen”, Fransanın “Avranş”, Niderlandın “Fortuna Sittard”, Yunanıstanın “Platanias”, İspaniyanın “Albasete”, “Mirandes” və “Levante” klublarının da formasını geyinib. Yarımmüdafiəçi 2022-ci ilin yayından oynadığı “Valyadolid”də cəmi 6 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin