Ançelotti Valverdeni müdafiənin mərkəzində oynadacaq?
“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Federiko Valverdeni müdafiədənin mərkəzində oynadıb-oynatmayacağını açıqlayıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Valverdenin yarımmüdafiədə oyuna başlayacağını bildirib:
“Valverde müdafiənin mərkəzində? Xeyr, o, yarımmüdafiədə başlayacaq. Bizdə Yakobo Ramon, Raul Asensio, Orelyen Tçuameni var. Valverde yalnız müdafiənin cinahında oynaya bilər”.
Uruqvaylı futbolçu yarımmüdafiənin müxtəlif mövqelərində, bəzən də müdafiənin sağ cinahında çıxış edərək, çoxyönlü olması ilə tanınır.
“Real” bu gün İspaniya kubokunun 1/4 final mərhələsində səfərdə “Leqanes”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin