Valverde hakimin qərarından şikayətləndi

“Atletik”in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Mançester Yunayted”ə 0:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Oyunun 35-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Həmin vaxt hesab artıq “qırmızı şeytanlar”ın xeyrinə 1:0 idi. Bundan sonra qonaqlar daha iki qol vuraraq, qələbəni təmin ediblər.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qırmızı vərəqənin oyunun gedişatını tamamilə dəyişdiyini bildirib:

“Qırmızı vərəqə oyunun gedişatını tamamilə dəyişdi. Bərabər heyətlə oynayarkən “Mançester Yunayted”dən xeyli üstün idik. Hakimin həm penalti, həm də qırmızı vərəqə qərarı çox sərt idi. Qarşılaşma hələ başa çatmayıb, cavab oyununda hər şey mümkündür”.

Tərəflər arasında cavab matçı mayın 9-da “Old Trafford”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button