“Mançester Yunayted” Avropa Liqasını qazana bilər”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”lə qarşılaşma haqda danışıb.

Komanda.az UEFA-nın mətuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı dünyanın ən böyük klublarından biri ilə qarşılaşacaqlarını bildirib:

“Dünyanın ən böyük klublarından biri ilə qarşılaşacağıq. Onlar Avropa Liqasını qazana bilərlər. Bu mövsüm Avropa Liqasını qazanmaq Çempionlar Liqasına düşmək üçün onların son şansıdır. “Mançester Yunayted” Premyer Liqada qeyri-adi dərəcədə aşağı yerdədir”.

Bu gün “Atletik” və “Mançester Yunayted” arasında ilk oyun keçiriləcək. Rəqiblər cavab matçını mayın 9-da, “Old Trafford”da keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button