“Kroos mənim kumirimdir” – Uruqvaylı futbolçu
Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos son 10 ilini “Real”da keçirərək, karyerasını bitirdiyini açıqlayıb.
Komanda.az “The Residency”-yə istinadən xəbər verir ki, Kroosun keçmiş komanda yoldaşı, uruqvaylı yarımmüdafiəçi Federiko Valverde onun ayrılmasına təəssüfləndiyini bildirib:
“Toniyə gəlincə, sadəcə olaraq sözüm yoxdur. Onun yanında oynamaq mənim üçün bir xəyal idi və indi daha çox oynaya bildiyi zaman karyerasını bitirdiyinə təəssüflənirəm. Amma bu, eyni zamanda onun ən yüksək peşəkarlıq səviyyəsini göstərir. Kroos mənim kumirimdir”.
İspaniya La Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin