
“Avropa Liqasının finalına yüksələ bilərik”
“Atletik”in baş məşqçisi Ernesto Valverde UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Reyncers” üzərində qazandıqları qələbədən (2:0, ilk oyun 0:0) sonra açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı azarkeşlərlə belə sıx təmasın komandanı daha da gücləndirdiyini söyləyib:
“Avropa Liqasının finalına yüksələ bilərik. Bu gün bizim üçün xüsusi gündür. Azarkeşlərdən inanılmaz dəstək alacağımızı bilirdik. Onlarla belə sıx təmas komandanı daha da gücləndirir”.
“Atletik” Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”lə qarşılaşacaq. Bu oyunlar mayın birinci yarısında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin