
“Atletik” keçmiş baş məşqçisini qaytarmaq istəyir
“Valensiya”nın və “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde “Atletik”ə qayıda bilər.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, Valverdeyə bu təklifi klubun yeni prezidenti Con Urriate edib. Valverde mövsümün sonunda komandadan ayrılan Marselino Qarsiya Toralı əvəz edə bilər.
Bundan əvvəl Valverde iki dəfə – 2003-2005 və 2013-2017-ci illərdə “Atletik”ə başçılıq edib.
“Atletik” ötən mövsüm La Liqanı 8-ci pillədə başa vuraraq, İspaniya superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin