
“Xabi Alonsonun varlığı futbolçulara böyük dəstək verir”
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde komandanın yeni baş məşqçisi Xabi Alonso haqqında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, “Madrid Xtra”-ya açıqlamasında Alonso haqqında bunları deyib:
“Alonso çox maraqlı və enerjili bir insandır. Onun varlığı futbolçulara böyük dəstək verir. O, bizə təkcə meydanda yox, şəxsi həyatımızda da kömək etməyə hazırdır. Bu mövsüm mümkün qədər çox titul qazanmaq üçün hamımız eyni istiqamətdə irəliləyəcəyik”.
Alonso 2024/25 mövsümünün sonunda “Real”ın baş məşqçisi təyin olunub və bu vəzifədə Karlo Ançelottini əvəzləyib.
“Real” iyunun 18-də, Klublararası dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin