Valeri Karpinlə 4 illik müqavilə
Rusiyanın “Rostov” klubu əsas komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Karpinin köməkçilərindən olan Viktor Onopko ilə də 4 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
Karpin 4.5 ildir “Rostov”a rəhbərlik edir. O, həm də Rusiya millisinin baş məşqçisidir. “Rostov” Rusiya Premyer Liqasında ötən mövsümü 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin