
“Liverpul” La Liqa klubunun futbolçusu ilə maraqlanır
“Valensiya”nın müdafiəçisi Kristian Moskeranın İngiltərə Premyer Liqası klubuna keçmək imkanı var.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transferində “Liverpul” maraqlıdır.
Moskera “Liverpul”la gələcəyi bəlli olmayan niderlandlı müdafiəçi Vircil van Daykı müdafiənin mərkəzində əvəz edə bilər. Daha əvvəl mətbuatda onunla “Real”ın maraqlandığı xəbəri yayılmışdı.
Moskera bu mövsüm La Liqada 23 oyun keçirib, 1 qol vurub. Onun “Valensiya” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin