“Valensiya”nın futbolçusu millidən zədəli qayıtdı
Futbol üzrə Niderland yığmasının və İspaniyanın “Valensiya” klubunun qapıçısı Yasper Sillesen azı bir ay yaşıl meydanlardan uzaqda qalacaq.
Komanda.az xəbər verir ki, 31 yaşlı qolkiper ölkəsinin milli komandasının düşərgəsində zədələnib.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Türkiyə ilə səfər oyunundan öncə isinmə hərəkətləri edərkən zədələnən futbolçi həmin görüşdə meydana çıxa bilməmişdi. Komandası isə onun yoxluğunda 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.
“Valensiya”nın mətbuat xidməti Sillesenin son durumu ilə bağlı açıqlama yayıb. La Liqa təmsilçisindən verilən məlumata görə, sol dizindən ağır zədə almış futbolçu azı 5-6 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin