Klub prezidentini “instagram”da tənqid etdi
“Valensiya”nın futbolçusu Joffrey Kondoqbia klubun prezidenti Anila Murtini tənqid edib.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bununla bağlı “instagram” hesabından paylaşım edib. Kondoqbia, Murtinin onu və komandanın baş məşqçisi Xavi Qrasiyanı aldatdığını deyib:
“Bizim iddialı olacağımız layihəni məhv etdiz. Məni və komandanın baş məşqçisini aldatdız. Çox sağ olun, Anil Murti”.
Bir müddət əvvəl Kondoqbia “Atletiko”yla danışıqlar apardığı üçün heyətdən kənarlaşdırılmışdı. Yarımmüdafiəçi klub prezidentini verdiyi vədləri yerinə yetirmədiyi üçün tənqid edib.
Kondoqbia 2017-ci ildən “Valensiya”da çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin