
Vardi La Liqa klubuna keçə bilər
“Lester”in hücumçusu Ceymi Vardi karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, təcrübəli forvarda La Liqa təmsilçisi “Valensiya” maraq göstərir.
“Yarasalar”ın baş məşqçisi Karlos Korberan şəxsən Vardinin transferində israrlıdır. O, ingiltərəli hücumçunun təcrübə və bacarıqlarının növbəti mövsümdə komandaya ciddi fayda verəcəyinə inanır.
38 yaşlı Vardi bu yay “Lester”i azad agent statusunda tərk edəcək. O, cari mövsümdə 36 oyunda meydana çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin