“Valensiya”da yeni müqavilə

“Valensiya” müdafiəçisi Muktar Diakabi ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı qvineyalı futbolçunun klubla cari müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər uzadılıb.

Muktar Diakabi 2018-ci ilin iyulundan “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 12 oyuna çıxıb və 2 qol vurub.

Müdafiəçinin klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button