Ukraynalı hücumçu “Valensiya”da – Rəsmi
“Brügge”nin hücumçusu Roman Yaremçuk “Valensiya” ilə müqavilə imzalayıb.
Komanda.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı ukraynalı futbolçu ilə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Yaremçuk “Brügge”nin heyətində ötən mövsüm 32 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin