“Valensiya”nın sabiq futbolçusu yenidən La Liqada

“Valensiya” və Argentina yığmasının sabiq futbolçusu Pablo Pyatti İspaniyaya qayıdıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Elçe” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pyatti ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində İspaniyada “Valensiya”, “Almeriya” və “Espanyol”da çıxış edən Pyattinin son klubu ABŞ “Toronto”su olub. Yarımmüdafiəçi 2021-ci ilin yanvarından klubsuz idi.

Pyatti Argentina yığması ilə bir oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button