Rusiya millisində itki – Belçika ilə oyunda olmayacaq

“Valensiya” və Rusiya milli komandasının üzvü Denis Çerışev sıradan çıxıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Valensiya”nın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Lill”lə oyununda (4:1) zədələnib. Çerışevin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Daha öncə Rusiya yığmasına dəvət olunan Çerışev zədə səbəbindən AÇ-2020-nin seçmə mərhələsində Belçika və San Marino ilə oyunlarda iştirak etməyəcək.

Rusiya yığması noyabrın 16-da Belçika, 19-da isə San Marino ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button