
“Valensiya” planlarımızı alt-üst etdi” – Asensio
“Real”ın yarımmüdafiəçisi Marko Asensio İspaniya superkubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə matçını (1:1, penaltilər 4:3) dəyərləndirib.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, görüşün çətin keçdiyini vurğulayıb:
“Çətin oyun idi. Biz artıq finaldayıq. Burada olmaq istəyirdik. Daha bir titul qazanacağıq. İkinci hissəyə intensiv başlamağa çalışdıq. “Valensiya” planlarımızı alt-üst etdi. Biz təzyiq göstərdik. Penaltilər seriyasında qalib gəldiyimiz və finalda oynayacağımız üçün şadam”.
“Kral klubu”nun finalda rəqibi “Betis” – “Barselona” matçından sonra bəlli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin