
İspaniyalı futbolçu “Valensiya”nın təklifini rədd edib
“Valensiya” müdafiəçisi Kristian Mosquera ilə müqavilənin müddətini uzatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “yarasalar”ın bu istəyinə baxmayaraq, ispaniyalı futbolçu klubun təklifini qəbul etməyib.
“Valensiya” Mosquera üçün “Arsenal”dan gələn ikinci – 10 milyon avronu bir qədər keçən təklifi də rədd edib. Klub 21 yaşlı futbolçunu yalnız 20 milyon avro qarşılığında buraxmağa hazırdır.
Mosquera ötən mövsümdə La Liqada 37 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin