Asiyalı futbolçu La Liqanın tarixinə düşdü

 “Valensiya” La Liqanın ilk turunda “Levante”ni məğlub edib – 4:2.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, “yarasalar”ın futbolçusu Li Kan İn İspaniya çempionatının tarixinə düşüb. Belə ki, o, La Liqada 21-ci əsrdə bir oyunda iki məhsuldar ötürmə edən ən gənc futbolçu olub. Cənubi koreyalı hücumçu bu rekorda 19 yaş 207 günlüyündə nail olub.

Bundan əvvəlki rekord da “Valensiya”lı futbolçuya məxsus idi. 2008-ci ildə Xuan Mata La Liqa matçında iki məhsuldar ötürmə verərkən 20 yaş 150 günlük idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button