“Valensiya” gürcü qapıçı ilə bağlı qərar verib
“Valensiya” rəhbərliyi gürcü qapıçı Giorgi Mamardaşvilini sataraq əlavə pul qazanmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu qapıçının satışından 35-40 milyon avro qazanacağını gözləyir.
Mamardaşvili “Valensiya”ya 2022-ci ilin qışında Tbilisi “Dinamo”sundan keçib. O, ötən mövsüm La Liqada 37 oyun keçirib, 41 qol buraxıb.
23 yaşlı qolkiper hazırda Gürcüstan millisinin heyətində AÇ-2024-də mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin