
“Əl-Əhli”nin müdafiəçisi İspaniya klubuna keçə bilər
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən braziliyalı müdafiəçi Rocer İbanes Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı oyunçuya “Valensiya” maraq göstərir və transfer növbəti keçid pəncərəsində reallaşa bilər. Onun bazar dəyəri təxminən 17 milyon avro qiymətləndirilir.
İbanes cari mövsümdə 10 oyunda iştirak edib və 1 qol vurub. Onun “Əl-Əhli” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər etibarlıdır.
“Valensiya” 8 turdan sonra La Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



