“Valensiya” baş məşqçi ilə bağlı qərar verdi – Rəsmi
“Valensiya” rəsmi saytı vasitəsilə komandanın baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin ortalarına kimi nəzərdə tutulan müqaviləyə imza atıb.
Ruben Baraxa 2023-cü ilin fevralında “Valensiya”nın “sükanı arxasına” keçib.
“Yarasalar” son İspaniya çempionatını 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin