
Bu həftə rəsmən açıqlanacaq – baş məşqçi kimi təyinatı
Cennaro Qattuzo “Valensiya”nın yeni baş məşqçisi olmağa hazırlaşır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Qattuzonun təyinatı bu həftə rəsmən elan ediləcək.
Onun “Valensiya” ilə müqaviləsi 2 illik, maaşı mövsümdə 3 milyon avro olacaq.
Qattuzo keçən yay “Fiorentina” ilə müqavilə imzalasa da, transfer strategiyası ilə bağlı rəhbərliklə fikir ayrılığı səbəbindən klubda cəmi iki həftə qalmışdı.
“Valensiya” 2021/22 mövsümünü La Liqada 48 xalla 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin