“Valensiya” “Arsenal”ın istədiyi futbolçuya yeni müqavilə təklif edib

“Valensiya” futbolçusu Kristian Mosqueraya yeni müqavilə təklif edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “yarasalar” 21 yaşlı müdafiəçini “Arsenal”a transferdən çəkindirmək və komandada saxlamaq istəyirlər.

Daha əvvəl Mosqueranın təxminən 15 milyon funt-sterlinqə London klubuna keçə biləcəyi bildirilirdi.

Qeyd olunur ki, futbolçu “Arsenal”ın təklifini çox cəlbedici hesab edir və transferə meyllidir.

Mosquera ötən mövsüm La Liqada 37 oyun keçirib və 1 qol vurub. Onun “Valensiya” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button