“Valverdeyə ona şans verdiyinə görə minnətdaram” – Viktor Valdes
İspaniyanın “Barselona” klubunun keçmiş qapıçısı Viktor Valdes Ansu Fatinin La Liqadakı debütü ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda Kataloniya klubunda məşqçi kimi çalışan Valdes, La Liqanın 2-ci turunda, “Betis”lə matçda (5:2) debüt edən 16 yaşlı Fatiylə bağlı danışıb:
“Komandada olarkən, ondan butsları gətirməsini istədim. O dəhşətli idi və Fatini incidirdi. Heç kim ona yenisini almadı, nəhayət, bunu mən etdim. Biz ona bir neçə yeni buts aldıq. O, güclü, sürətli və inamlıdır. Futbolçuya meydanda sərbəstlik vermək lazımdır ki, parlasın. Onun üçün çox xoşbəxtəm. Baş məşqçi Ernesto Valverdeyə ona şans verdiyinə görə minnətdaram”.
“Betis”lə matçın 78-ci dəqiqəsində Karles Peresi əvəzləyən Fati, Kataloniya təmsilçisinin tarixində La Liqada forma geyinən ən gənc ikinci futbolçu olub.
Bizi Facebook-da izləyin