Vadji “Sent Etyen”də debüt etdi, penalti qazandı
Fransanın “Sent Etyen” klubunun “Qarabağ”dan transfer etdiyi İbrahima Vadji Liqa 2 təmsilçisində debüt edib.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu 7-ci turun “Po” ilə səfər matçına təsadüf edib.
Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Sabiq “Qarabağ”lı debüt matçında komandasına penalti qazandırıb. 84-cü dəqiqədə Lenni Pintor bu penaltidən dəqiq yararlanmaqla yekun nəticəni müəyyənləşdirib – 2:2.
Bu nəticədən sonra “Sent Etyen” 4 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin