Vadji: “Sent-Etyen”ə qoşulduğum üçün çox xoşbəxtəm”
“Fransaya və xüsusən, belə bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəm”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan “Sent-Etyen”ə keçən futbolçu İbrahima Vadji klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı hücumçu hazırda özünü yaxşı hiss etdiyini və yeni komandasının formasını geyinməyə hazır olduğunu bildirib.
“Sent-Etyen” İbrahima Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro vəsait ödəyəcək. Seneqallı forvard yeni klubu ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin